"Səbail" legioneri Suleyman Alluşu cərimələyib.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Premyer Liqanın 26-cı turunun “Zirə” ilə görüşündə təcavüzkar davranışına görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyan və AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılan niderlandlı futbolçuya klub da cəza verib.
Etdiyi hərəkətə və klubu çətin durumda qoyduğuna görə "Səbail" ona 3 min manat cərimə kəsib.
Qeyd edək ki, niderlandlının Misli Premyer Liqasının 31-ci turunun "Sabah" - "Səbail" matçında meydanda olacağı gözlənilir.
İdman.biz