“Real”ın revanş ŞANSI

Xəbərlər
15 Aprel 2025 15:44
97
“Real”ın revanş ŞANSI

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Arsenal”a 0:3 hesabı ilə uduzan “Real” yarımfinal şanslarını itirməyib.

İdman.biz xəbər verir ki, bunu İspaniya klubunun avrokuboklar tarixi göstərir.

İFFHS Madrid təmsilçisinin indiyədək 6 dəfə oxşar durumla üzləşdiyini müəyyənləşdirib. Avrokubokların ilk görüşlərində üç top fərqi ilə uduzan “Real” 6 duelin 3-də mərhələ adlayıb. Tarixə baxsaq, madridlilərin revanş şansı 50 faizə bərabər sayılır.

“Real” səfərdə 3 top fərqi ilə uduzduğu 6 duelin hamısının cavab görüşündə qalib gəlib. Amma bunlardan üçündə revanş üçün yetərli qalibiyyət olmayıb.

“Real”ın ilk oyunda 3 top fərqi ilə uduzduğu avrokubok duelləri

1964/65, Çempionlar kuboku
1/4 final

“Benfika” – “Real” – 5:1, 1:2

1975/76, Çempionlar kuboku
1/8 final

“Derbi Kaunti” – “Real” – 4:1, 1:5

1984/85, UEFA kuboku
1/8 final

“Anderlext” – “Real” – 3:0, 1:6

1985/86, UEFA kuboku
1/8 final

“Borussiya” M – “Real” – 5:1, 0:4

1986/87, Çempionlar kuboku
1/2 final

“Bavariya” – “Real” – 4:1, 0:1

2012/13, Çempionlar Liqası
1/2 final

“Borussiya” D – “Real” – 4:1, 0:2

Qeyd edək ki, “Real” – “Arsenal” oyunu sabah keçiriləcək.

İdman.biz