Əfsanəvi Raul Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi ikinci Bundesliqada çalışa bilər.
İdman.biz "Bild"ə istinadən xəbər verir ki, "Şalke" 47 yaşlı ispaniyalıya növbəti mövsüm üçün baş məşqçi vəzifəsini təklif edib.
Raul 2019-cu ildən "Real Madrid"in ikinci komandası "Kastilya"nı çalışdırır.
Almaniya klubunun ondan əvvəl Domeniko Tedeskoya təkliflə müraciət etdiyi, lakin Belçika yığmasından ayrılan məşqçinin ikinci Bundesliqada işləməkdən imtina etdiyi də bildirilir.
"Şalke" bu mövsüm ikinci Bundesliqada 11-ci yerdədir.
Qeyd edək ki, futbolçu kimi "Şalke"də iki mövsüm keçirən Raul 2011-ci ildə Almaniya kuboku və Super kubokunu qazanıb.
İdman.biz