Rəvan Quluzadə mükafatlandırılıb

Xəbərlər
15 Aprel 2025 17:41
33
Rəvan Quluzadə mükafatlandırılıb

II Liqada "Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, bu, XXI turun "Lerik" – "Dinamo" oyunundan əvvəl baş tutub.

Meydan sahiblərinin futbolçusu Rəvan Quluzadə martın ən yaxşı qolunun müəllifi olub. Ona mükafatı PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

İdman.biz