“Sumqayıt” 2025/26 mövsümü üçün heyət çalışmalarına indidən start verib.
İdman.biz xəbər verir ki, klub yarımmüdafiəçi Roi Kehatla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.
2023/24 mövsümündən komandada çıxış edən Roi Kehat ümumilikdə 69 qarşılaşmada meydana çıxıb. İsrailli yarımmüdafiəçi bu matçlarda 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsümdə 32 oyunda 5 qol və 2 ötürmə ilə yadda qalıb.
İdman.biz