Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində son iki matç keçiriləcək.
“Real” İngiltərədə böyük hesabla uduzduğu “Arsenal”dan revanş almağa çalışacaq. Bu cütdə PSJ-nin rəqibi müəyyənləşəcək.
Digər qarşılaşmada “İnter” “Bavariya”nı qəbul edəcək. Mərhələ adlayacaq komanda “Barselona” ilə görüşəcək.
Qeyd edək ki, yarımfinal mərhələsi aprelin 29-30-da və mayın 6-7-də keçiriləcək.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
23:00. “Real” – “Arsenal”
İlk oyun – 0:3
23:00. “İnter” – “Bavariya”
İlk oyun – 2:1
İdman.biz