Çempionlar Liqasında (ÇL) 1/4 finalın cavab qarşılaşmalarına yekun vurulub.
İdman.biz xəbər verir ki, ikinci oyun günündə 2 matç baş tutub.
Bu görüşlər bəzi statistik məqamlarla əlamətdar olub. İFFHS günün rekordları və ilkləri ilə bağlı hesabat hazırlayıb.
“Borussiya” D – “Barselona” – 3:1
- “Barselona” 2018/19 mövsümündən sonra ilk dəfə yarımfinala adlayıb. Tarixində 13-cü dəfə ÇL-in bu mərhələsinə yüksələn komanda 5 mövsümlük fasilədən sonra bunu bacarıb. Bu, İspaniya klubunun ən uzun yarımfinal həsrətidir.
- “Barselona”nın 24 oyunluq məğlubiyyətsiz seriyası qırılıb: 20 qələbə və 4 heç-heçə. Bu, 2025-ci ildə ilk məğlubiyyətdir. La Liqa təmsilçisi tarixində ilə ən uğurlu startdır.
- Bu, qapıçı Voytseh Şensnının “Barselona”da ilk məğlubiyyətdir.
- Bensebaininin avtoqolu “Barselona”nın rəqiblərinin ÇL-də öz qapısına vurduğu 19-cu topdur. Kataloniyalılar “Real”la birlikdə ən çox avtoqola sevinən komanda olublar.
- Avropanın “Böyük beşlik” komandalarından heç biri cari mövsümdə bütün yarışlar nəzərə alınmaqla daha çox avtoqola sevinməyib. “Barselona”ya yeganə şərik “Komo”dur.
- Seru Girassi ÇL-in pley-off matçında het-trik edən, lakin komandası mübarizəni dayandıran ilk futbolçu olub.
- Girassi ÇL tarixində "Barselona" ilə görüşdə “ideal het-trik” ( bir qol sol ayaqla, bir qol sağ ayaqla, bir qol başla) edən ilk futbolçu olub.
- Bu, XXI əsrdə ÇL-də 3-cü “ideal het-trik”dir. Sebastien Haller (“Ayaks” – “Sportinq – 5:1) 2021-ci il sentyabrın 15-də, Erlinq Haland (“Mançester Siti” – “Leypsiq” - 7:0) 2023-cü il martın 14-də bunu bacarıb.
- “Barselona” cari mövsüm ÇL-də 2-ci dəfə het-trikə üzülüb. Vangelis Pavlidis “Benfika”nın heyətində 3 qol vurub.
- Tarixdə yalnız bir dəfə - 1997/98 mövsümündə “Barselona”nın rəqibləri iki het-trikə seviniblər. Həmin vaxt Faustino Asprilya “Nyukasl”ın, Andrey Şevçenko “Dinamo”nun (Kiyev) heyətində fərqlənib.
- Girassi ÇL-də "Barselona"ya qarşı het-trik edən ilk afrikalı futbolçudur.
- Girassi ÇL-in bir mövsümündə “Barselona”ya ən çox qol vuran oyunçudur – 5 top. O, Kilian Mbappeni (2020/21 mövsümündə 4 qol) ötüb.
- Girassy hərəyə 10 dəfə fərqlənən Erlinq Haland (2020/21) və Robert Levandovskini (2012/13) keçərək ÇL-in bir mövsümündə ən çox qol vuran “Borussiya” oyunçusu olub – 13 top.
“Aston Villa” – PSJ – 3:2
- PSJ 1995, 2020, 2021 və 2024-cü illərdən sonra tarixdə beşinci dəfə ÇL-in yarımfinalına vəsiqə qazanıb. Bu, Fransa klubları üçün yeni rekorddur. Parislilər “Monako”nu (4) geridə qoyublar.
- Ümumilikdə, PSJ Avropa yarışlarında (həmçinin Kuboklar Kubokunda 3 və UEFA Kubokunda 1) 9-cu yarımfinalda oynayacaq. Digər Fransa klublarını üstələyən PSJ “Marsel” (8) və “Monako”nu (7) qabaqlayır.
- PSJ bu mövsüm Çempionlar Liqasında 30 qol vuraraq Fransa klubunun yarışda bir mövsüm üçün rekordunu qırıb. 2004/05-ci illərdə “Lion” 29 dəfə fərqlənib.
- Fransa klubları son 6 cəhdin hamısında ÇL-in 1/4 finalını adlayıb. “Monako” 2016/17, “Lion” və PSJ 2019/20, PSJ 2020/21 və 2023/24 mövsümlərində bunu bacarıb.
- Fransa klubları 1/4 finalda sonuncu dəfə 2015/16 mövsümündə mübarizəni dayandırıblar. PSJ “Mançester Siti”ni keçə bilməyib.
- PSJ bu mövsüm ilk dəfə rəsmi matçda “3+” qol buraxıb.
- Luis Enrike ardıcıl iki mövsümdə PSJ ilə avrokubokların yarımfinalına vəsiqə qazanan ilk məşqçidir.
- Luis Enrike ÇL-də Fransa klubu ilə 2 mövsümdə yarımfinala yüksələn 4-cü baş məşqçi olub. Albert Batto “Reyms", Robert Herbin “Sent Etyen”, Raymond Qutals “Marsel”də belə seriyaya sevinib.
- ÇL-də ilk dəfə pley-off matçında eyni komandanın qollarını sağ cinah müdafiəçisi (Əşrəf Hakimi) və sol cinah müdafiəçisi (Nuno Mendes) vurub.
- Nuno Mendes bu mövsüm ÇL-də ən çox qol vurun müdafiəçidir – 4 top. Hakimi “Atalanta”nın futbolçusu Davide Zappakosta ilə birlikdə daha çox – 5 assist edib.
İdman.biz