Klub rəhbərindən ŞİDDƏTLİ ETİRAZ

Xəbərlər
16 Aprel 2025 13:49
342
Klub rəhbərindən ŞİDDƏTLİ ETİRAZ

Region Liqasında keçirilən “Zəfər 44” – “Masallı” oyununda xoşagəlməz hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, qonaq komandanın rəhbəri Mirələm Həşimov qarşılaşmanın 88-ci dəqiqəsində hakimə şiddətli etiraz edib.

AFFA-nın İntizam Komitəsi onun bu hərəkətini müzakirə edib. Qurum klub rəhbərini cəzalandırmağa qərar verib. Şiddətli etiraza görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılan Həşimov 2 matçlıq diskvalifikasiya alıb.

İdman.biz