Rəşad Sadiqova 5 matçlıq cəza

Xəbərlər
16 Aprel 2025 13:53
265
Rəşad Sadiqova 5 matçlıq cəza

Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqov cəzalandırılıb.

İdman.biz xəbər verir ki, hazırda “Qarabağ”ın U-17 komandasının baş məşqçisi olan çalışdırıcı ilə bağlı qərarı AFFA-nın İntizam Komitəsi verib.

Buna Sadiqovun “Zirə” – “Qarabağ” matçının 78-ci dəqiqəsindəki hərəkəti səbəb olub. Rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılan baş məşqçi 5 matçlıq cəza alıb.

Bu qarşılaşma xoşagəlməz hadisələrlə zəngin olub. “Zirə”nin futbolçusu Musa Mustafayev 52-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Onun komanda yoldaşı Qurban Cəlilov 79-cu dəqiqədə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 matçlıq diskvalifikasiya alıb.

“Qarabağ”ın futbolçusu Rəvan Teymurov qeyri idman hərəkətinə görə ikinci sarı vərəqədən qırmızı aldığı üçün 1 tur buraxacaq.

90+1-ci dəqiqədə onun komanda yoldaşı Əli Qazibəyov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılıb. Ona 2-si şərti olmaqla 3 oyunluq cəza verilib və 3 ay sınaq müddəti təyin olunub.

İdman.biz