Qabon millisinin futbolçusu Aron Bupendza faciəvi şəkildə vəfat edib.
İdman.biz xəbər verir ki, Çində “Jeyianq” klubunda çıxış edən 28 yaşlı hücumçu yaşadığı binanın 11-ci mərtəbəsindən düşüb.
Bu ilin əvvəlində Avstriya “Rapid”indən Asiya təmsilçisinə keçən hücumçunun ölümü ilə bağlı araşdırmalara başlanıb. Polis üç ehtimalı nəzərdən keçirir. Onun intihar etməsi, təsadüfən yıxılması və hadisə zamanı qardaşı ilə mübahisə etməsi variantları araşdırılır.
Qeyd edək ki, Bupendza karyerası ərzində “Bordo”, “Hatayspor”, “Əl-Şəbəb” kimi klublarda forma geyinib.
İdman.biz