Yığmamız Gürcüstana qalib gəlib

Xəbərlər
16 Aprel 2025 14:18
293
Yığmamız Gürcüstana qalib gəlib

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

İdman.biz xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.

Qeyd edək ki, ilk turda Moldovaya 0:1 hesabı ilə uduzan millimiz turnir çərçivəsində son matçını aprelin 19-da, Bakı vaxtı ilə saat 12:00-da Estoniya yığmasına qarşı keçirəcək.

İdman.biz

Məqalədə: