“Qarabağ”ın “Sumqayıt”la oyununun yeri dəyişdirilib

Xəbərlər
16 Aprel 2025 15:09
325
“Qarabağ”ın “Sumqayıt”la oyununun yeri dəyişdirilib

Misli Premyer Liqasının XXXIII turunun “Qarabağ” – “Sumqayıt” oyununun yeri dəyişdirilib.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

“Qarabağ” klubu quruma müraciət edib. Müraciətdə “Azersun Arena”da təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Misli Premyer Liqasının 2024/25 mövsümünün son ev oyunlarını burada qəbul etmək istədiyi bildirilib.

“Qarabağ”ın müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan PFL bunu müsbət qarşılayıb. “Sumqayıt”la görüşündən etibarən “Qarabağ” ev oyunlarını “Azersun Arena”da keçirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” matçı mayın 4-də keçiriləcək.

İdman.biz