Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarını dəyərləndirib.
Təcrübəli mütəxəssis İdman.biz-ə müsahibəsində bir gün öncə baş tutan “Borussiya” (Dortmund, Almaniya) – “Barselona” və “Aston Villa” (İngiltərə) – PSJ (Fransa) qarşılamalarını şərh edib.
Əsədov bildirib ki, bu görüşlərdə sensasiya qeydə alınmayıb.
O, “Real” (İspaniya) - “Arsenal” (İngiltərə) və “İnter” (İtaliya) – “Bavariya” (Almaniya) görüşlərində favoritlərini açıqlayıb. Veteran futbolçunun sözlərinə görə, evdə oynayacaq klubları heç də asan mübarizə gözləmir.
Müsahibənin videovariantını təqdim edirik:
İdman.biz