Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində 4 matç baş tutub.
“Atletik” “Reyncers”i, “Ayntraxt” isə “Tottenhem”i qəbul edib. Bilbaolular doğma azarkeşlər qarşısında 2:0 hesablı qələbə ilə mərhələ adlayıblar. London klubu isə Almaniyada penalti qolu ilə yarımfinala yüksəlib.
“Latsio” “Bodo Qlimt”dən məğlubiyyətin revanşını ala bilib və oyunu əlavə vaxta daşıyıb. “Mançester Yunayted” isə “Lion”la qarşılaşmada 2:0 hesablı qələbəni qoruya bilməyib. Cütün qalibi əlavə vaxtda müəyyənləşib. 2:4 uduzan "qırmızı şeytanlar" 114-cü dəqiqədən sonra 3 dəfə fərqlənərək qalib gəliblər.
Latsio” – “Bodo Qlimt” cütünün qalibi penalti seriyasında müəyyənləşib. Romalılar 2:3 hesabı ilə uduzaraq, yarımfinaldan kənarda qalıblar.
Qeyd edək ki, yarımfinal mərhələsinin matçları mayın 1-də və 8-də keçiriləcək.
Avropa Liqası
1/4 final, cavab oyunları
17 aprel
23:00. “Latsio” – “Bodo Qlimt” - 2:0, ə.v. 1:1, pen. 2:3
Qol: Kastellanos, 21. Noslin, 90+3. Dia, 100
İlk oyun – 0:2
23:00. “Mançester Yunayted” – “Lion” - 2:2, ə.v. 3:2
Qollar: Uqarte, 10. Dalot, 45+1. Fernandes, 114 (p.). Mayno, 120. Maquayr, 120+1 - Tolisso, 71. Lakazette, 78; 110 (p.). Çerki, 105
İlk oyun – 2:2
23:00. “Atletik” – “Reyncers” - 2:0
Qollar: Sanset, 45+4 (p.). Niko Uilyams, 80
İlk oyun – 0:0
23:00. “Ayntraxt” – “Tottenhem” - 0:1
Qol: Solanke, 43 (p.)
İlk oyun – 1:1
İdman.biz