Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
İdman.biz xəbər verir ki, favortilər yarımfinala yüksəliblər.
“Fiorentina” və “Betis” iki oyunun nəticəsinə görə mərhələ adlayıb. İtaliyalılar "Selye"ni, ispanlar isə "Yagelloniya"nı mübarizədən kənarlaşdırıblar.
Səfərdə darmadağına sevinən “Çelsi” evdə "Legiya"ya uduzsa da, yarımfinala yüksəlib. “Rapid” – “Yurqorden” cütünün qalibi əlavə vaxtda bəlli olub. Evdə uduzan "Yurqorden" Avstriyada bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin matçları mayın 1-də və 8-də keçiriləcək.
Konfrans Liqası
1/4 final, cavab oyunları
17 aprel
20:45. “Fiorentina” – “Selye” - 2:2
Qollar: Mandraqora, 37. Kin, 67 - Matko, 54. Nemaniç, 65
İlk oyun – 2:1
20:45. “Yagelloniya” – “Betis” - 1:1
Qollar: Çurlinov, 81 - Bakambu, 78
İlk oyun – 0:2
23:00. “Çelsi” – “Legiya” - 1:2
Qollar: Kukurelya, 33 - Pekhart, 10 (p.). Kapuadi, 53
İlk oyun – 3:0
23:00. “Rapid” – “Yurqorden” - 1:2, ə.v. 0:2
Qollar: Une, 45+1 (p.) - Danielson, 42 (p.). Kosuqi, 77. Qulliksen, 93; 105
İlk oyun – 1:0
İdman.biz