Mövsümün ilk çempionu kim olacaq?

Xəbərlər
17 Aprel 2025 11:08
225
Mövsümün ilk çempionu kim olacaq?

Bu həftə Azərbaycan çempionatında iki qalib müəyyənləşə bilər.

İdman.biz xəbər verir ki, Misli Premyer Liqası ilə yanaşı, I Liqanın da çempionunun adına aydınlıq gəlməsi mümkündür.

1-ci yerin sahibinin daha tez - bu gün start götürən XXII turda rəsmiləşməsi gözlənilir. Bu sual sabah keçiriləcək matçlarda cavabını tapa bilər.

Çempionluğun taleyi “Qəbələ”nin öz əlindədir. 21 turdan sonra 55 xala malik Kaxaber Tsxadadzenin yetirmələri İmişlidə eyniadlı komanda ilə görüşəcək. 2-ci pillədəki “Karvan”ı 16, 3-cü yerdəki “İmişli”ni 17 xal qabaqlayan “qırmızı-qaralar” səfərdə qalib gəlsə, 1-ci yeri təmin edəcək.

Premyer Liqaya vəsiqəni artıq ələ keçirən “Qəbələ”nin sona 5 tur qalmış çempion olması üçün heç-heçə də kifayət edə bilər. Bunun üçün “Karvan" səfərdə MOİK-ə qalib gəlməməlidir. Sonuncuların sabahkı dueli saat 16:00-da, İmişlidəki görüş yarım saat gec başlayacaq.

Qeyd edək ki, Premyer Liqada çempion XXXI turda (https://www.idman.biz/az/news/az-football/73067) müəyyənləşə bilər.

Vüqar Xeyrullayev
İdman.biz