“Sabah” “Mançester Siti”yə uduzub, “Rayo Valyekano” ilə heç-heçə edib - FOTO

Xəbərlər
17 Aprel 2025 15:19
291
“Sabah” “Mançester Siti”yə uduzub, “Rayo Valyekano” ilə heç-heçə edib - FOTO

Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib.

İdman.biz xəbər verir ki, “Sabah”ın U-13 və U-15 komandaları turnir çərçivəsində ilk oyunlarını keçiriblər.

Nasir Nəsirlinin baş məşqçisi olduğu U-13 ilk matçında İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşıb. Matç rəqibin 5:3 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.

Şahin Zeynalovun çalışdırdığı U-15 isə ilk oyununda İspaniyanın “Rayo Valyekano” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. Komandamızın qolunu Ayxan İbadov vurub.

İdman.biz