Misli Premyer Liqasının XXXI turu “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu ilə başlayacaq.
İdman.biz xəbər verir ki, “Liv Bona Dea Arena”da keçiriləcək görüş iki komanda arasında 8-ci çempionat dueli olacaq.
Əvvəlki 7 matçda heç-heçə qeydə alınmayıb. Naxçıvan klubu 2, Tovuz təmsilçisi 5 dəfə qələbə qazanıb. Top fərqində də qərblilər üstündürlər - 4-11.
Amma cari mövsümün matçlarında Elmar Baxşıyevin komandası öndədir. Naxçıvanlılar 2 qələbə qazanıb və 1 dəfə uduzublar.
Son iki oyunun hərəsində 1 qol vurulub. “Araz-Naxçıvan”ın ev oyunlarında qol vuran komanda qələbə qazanıb.
04.08.2023 |
Araz-Naxçıvan - Turan Tovuz |
0:3 |
24.12.2023 |
Turan Tovuz - Araz-Naxçıvan |
3:1 |
10.03.2024 |
Turan Tovuz - Araz-Naxçıvan |
2:0 |
11.05.2024 |
Araz-Naxçıvan - Turan Tovuz |
0:1 |
21.09.2024 |
Turan Tovuz - Araz-Naxçıvan |
1:2 |
29.11.2024 |
Araz-Naxçıvan - Turan Tovuz |
1:0 |
16.02.2025 |
Turan Tovuz - Araz-Naxçıvan |
1:0 |
Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.
İdman.biz