İspaniya üçün Çempionlar Liqasına 5-ci VƏSİQƏ

Xəbərlər
18 Aprel 2025 10:33
248
İspaniya üçün Çempionlar Liqasına 5-ci VƏSİQƏ

İspaniya Çempionlar Liqasının 2025/26 mövsümündə 5 komanda ilə təmsil olunacaq.

İdman.biz xəbər verir ki, bu, Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra rəsmiləşib.

“Latsio” penaltilər seriyasında “Bodo Qlimt”ə uduzaraq mübarizəni dayandırıb. Bununla da İtaliyanın UEFA reytinqində İspaniyanı keçmək şansı qalmayıb.

Düzdür, “İnter” Çempionlar Liqasında, “Fiorentina” Konfrans Liqasında mübarizəni davam etdirir. Amma hazırda 21,187 xala malik İtaliyanın 23,250 xalı olan İspaniyanı keçməsi mümkün olmayacaq. Bu isə 2-ci yerin sahibi kimi İspaniyaya 5-ci vəsiqə verir. 1-ci yerdə olan İngiltərə 5-ci vəsiqəni daha öncə təmin edib.

Qeyd edək ki, İspaniyanın üç klubu yarımfinalda mübarizəni davam etdirir. “Barselona” Çempionlar Liqası, “Atletik” Avropa Liqası, “Betis” Konfrans Liqasında kuboka iddiasını davam etdirir.

İdman.biz

Məqalədə: