Avrokuboklarda eyni klubun formasını ən çox geyinənlər - SİYAHI

Xəbərlər
18 Aprel 2025 11:10
235
Avrokuboklarda eyni klubun formasını ən çox geyinənlər - SİYAHI

Avrokuboklarda eyni komandada ən çox oyun keçirən futbolçular bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS-in siyahısına ən azı 150 matça çıxanlar yer alıb.

Buna 8 futbolçu nail olub. Mütləq rekord “Barselona”da 173 görüşə çıxan Xaviyə məxsusdur. Paolo Maldini ikinci, Tomas Müller üçüncüdür.

Xavi (“Barselona”) - 173
Paolo Maldini (“Milan”) – 168
Tomas Müller (“Bavariya”) – 167
Xavyer Zanetti (“İnter”) - 160
Rayan Giqqz (“Mançester Yunayted”) – 158
İker Kasilyas (“Real”) – 155
Lionel Messi (“Barselona”) – 153
Ceymi Karrager (“Liverpul”) – 150

İdman.biz