Mançesterdə qeydə alınan MARAQLI FAKTLAR

Xəbərlər
18 Aprel 2025 11:48
226
Mançesterdə qeydə alınan MARAQLI FAKTLAR

Avropa Liqasının 1/4 final mərhələsinin “Mançester Yunayted” – “Lion” oyunu qitə kubokları tarixinə düşüb.

İdman.biz xəbər verir ki, İFFHS Mançesterdə qeydə alınan maraqlı faktları açıqlayıb.

Meydan sahibləri 2:2 hesabı ilə başa çatan 90 dəqiqədən sonrakı əlavə vaxtda rəqiblərini üstələyə biliblər – 3:2. Matçdakı ümumi hesab İngiltərə klubunun xeyrinə olub – 5:4.

Avrokuboklar tarixində ilk dəfə əsas mərhələnin görüşünün əlavə vaxtında 5 qol vurulub.

Təsnifat mərhələlərini də nəzərə alsaq, belə məhsuldar əlavə vaxt ikinci dəfə yaşanıb. 2018-ci ildə Avropa Liqasında “Zenit” Minsk “Dinamo”suna əsas vaxtda 4:0, əlavə yarım saatda 4:1, ümumilikdə 8:1 hesabı ilə qalib gəlib.

Həm “Zenit”, həm “Mançester Yunayted” əlavə vaxtda hesabda geri düşsə də, əzmkar qələbə qazanıb. İngiltərə klubu yarım saatda 2 top fərqini aradan qaldırıb.

“Mançester Yunayted” avrokubokların əsas mərhələlərində 120-ci dəqiqə və daha sonra 2 qol vuran ilk komandadır.

“Dinamo” ilə 3-cü təsnifat mərhələsinin matçında “Zenit” də eyni sonluğa nail olub.

“Mançester Yunayted” tarixində ikinci dəfə rəsmi oyunda 5:4 hesabına sevinib. 1958-ci il fevralın 1-də “Hayberi” stadionunda “Arsenal” üzərində eyni hesabla qələbə əldə olunub.

“Lion” da tarixində 2-ci dəfə 4:5 hesabı ilə uduzub. 1963-cü il sentyabrın 22-də lionluları “Sent Etyen” məyus edib.

İdman.biz