Avropada 2024/25 mövsümü görünməmiş sonluqla nəticələnə bilər.
İdman.biz xəbər verir ki, tarixdə ilk dəfə həm kişilər, həm qadınlar arasında finalda eyni cütlüyün üz-üzə gəlməsi mümkündür.
Bu tarixi hadisənin yaşanmasına bir addım qalıb. “Barselona” və “Arsenal”ın hər iki komandası yarımfinal səddini keçsə, görünməmiş finallar gerçəkləşəcək.
“Barselona” kişilərin yarışında “İnter”, qadınlarda “Çelsi” ilə görüşəcək. “Arsenal” isə müvafiq olaraq PSJ və “Lion”la görüşəcək.
Qeyd edək ki, qadınların Çempionlar Liqasında finalçılar aprelin 27-də, kişilərdə isə mayın 7-də bəlli olacaq.
İdman.biz