“Zirə”nin legioneri: “Mənim üçün heç nə bitməyib”

Müsahibə
18 Aprel 2025 14:20
193
“Zirə”nin legioneri: “Mənim üçün heç nə bitməyib”

“Zirə”nin fransalı yarımmüdafiəçisi Ayron Qomisin futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın 30-cu turunda “Neftçi” ilə matçda əla geridönüş etdiniz…

– Fikrimcə, biz oyuna pis başlamışdıq. Amma “Neftçi”nin ikinci qolundan sonra ayıldıq. Komanda rəqibin hücumlarına və qollarına reaskiya verdi. Nəticədə ortaya xarakter qoyub qalib gəldik.

– Demək olar ki, bu qələbə ilə avrokuboklara vəsiqəni təmin etdiz?

– Erkən danışmağı sevmirəm. Mənim üçün heç nə bitməyib və çempionatın sonuna qədər bu cür oynamağı üstün tuturam. Bütün şanslarımızı qorumalıyıq və qələbələr qazanmalıyıq.

– Komanda həm yaxşı futbol oynayır, həm nəticə qazanır. Bunun başlıca səbəbini nədə görürsən?

– Xüsusi bir səbəb yoxdur. Biz kollektiv məqsədləri olan komandayıq. Bunun üçün çalışırıq.

– Hədəflərə çatmaq üçün bundan sonrakı matçlarda nə etmək lazımdır?

– Bizim hədəflərimiz var və onlara nail olmaq istəyirik. Bunun üçün isə sadəcə sona qədər mübarizə aparmalıyıq.

– Növbəti turda evdə “Sumqayıt”la qarşılaşacaqsız. Rəqib qeyri-sabit nəticələr göstərir və oyun olaraq da sizdən geri qalır. Növbəti 3 xalı aktivinizə yaza biləcəksiz?

– Digərləri kimi bu da çətin matç olacaq. Ona görə də qalib gəlmək üçün hər şey edəcəyik.

İdman.biz