Qurban Qurbanov: “Çox ciddi bir rəqibə qarşı oynayacağıq”

Xəbərlər
18 Aprel 2025 16:06
254
Qurban Qurbanov: “Çox ciddi bir rəqibə qarşı oynayacağıq”

“Azərbaycan futbol camiəsinin maraqla gözlədiyi bir oyundur”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “CBC Sport” telekanalına açıqlamasında deyib.

53 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXXI turunda baş tutacaq “Qarabağ” - “Neftçi” matçı haqqında danışıb. Qurbanov hazırlıq prosesinin yaxşı keçdiyini vurğulayıb: “Hazırda zədəlilərimiz yoxdur. Kimin mikro zədəsi vardısa, hamısı bərpa olunub. Ümumən hazırlıq prosesi yaxşı keçib. Çox ciddi bir rəqibə qarşı oynayacağıq. “Neftçi” ilə oyunlarımız həmişə maraqlı keçib. Futbolçularımız həmişə bu qarşılaşmalara böyük motivasiya ilə hazırlaşıb”.

O, Azərbaycan Kubokundakı hədəflərindən də danışıb: “Neftçi” ilə oyundan sonra vaxtımız bir qədər az olacaq. Ancaq hər bir halda çalışırıq ki, ən azından final mərhələsinə vəsiqə qazanaq. Çünki klub olaraq titullarımızın sayını artırmaq istəyirik. Bunun üçün də bütün hazırlığımızı düzgün planlaşdırmalıyıq”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçı saat 20:00-də start götürəcək.

İdman.biz