“İmişli”nin futbolçusuna PFL-dən mükafat - VİDEO

Xəbərlər
18 Aprel 2025 17:06
267
“İmişli”nin futbolçusuna PFL-dən mükafat - VİDEO

I Liqada "Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Mart ayının ən yaxşı qolunun müəllifi adını Pablo Alveş qazanıb. "İmişli"nin futbolçusu XXII turun "Qəbələ" ilə ev qarşılaşmasından əvvəl təltif olunub. Ona mükafatı PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Qeyd edək ki, Pablo bu qolu XIX turun martın 28-də keçirilən “Cəbrayıl”la matçında (2:0) vurub.

İdman.biz