“Komandada ab-hava yaxşıdır”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Toral Bayramov “CBC Sport” telekanalına açıqlamasında deyib.
24 yaşlı müdafiəçi Misli Premyer Liqasının XXXI turunda baş tutacaq “Qarabağ” - “Neftçi” matçını dəyərləndirib: “Mövsümün sonuna yaxınlaşırıq. Növbəti çempionluq gəlir. İstəyirik ki, qızıl dubl edək. İnanıram ki, bunu bacaracağıq. Fikrimcə, “Neftçi” ilə oyunda komandamıza əlavə motivasiya lazım deyil. Hamı bu oyunun ciddiyyətini dərk edir. Düşünürəm ki, çox yaxşı hazırlıq keçmişik və bunun bəhrəsini oyunda görəcəyik”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçı saat 20:00-də start götürəcək.
İdman.biz