“Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov cəzalandırılıb.
İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Çalışdırıcı II Liqada XXI turun “Füzuli” – “Ağdaş” oyunu bitdikdən sonra hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə diskvalifikasiya olunub. O, 5 oyun cəzalanıb. Ağdaş klubu 400 manat cərimələnib.
İdman.biz