Fransa - Azərbaycan oyunu "Park de Prens"də

Xəbərlər
18 Aprel 2025 21:10
146
Fransa - Azərbaycan oyunu "Park de Prens"də

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununun keçiriləcəyi məkan dəqiqləşib.

İdman.biz xəbər verir ki, Fransa Futbol Federasiyasına qərarına əsasən matç oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda baş tutacaq.

D qrupunun 3-cü turu çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tutumu 48 min olan arenada ölkənin məşhur klunu PSJ klubu ev oyunlarını keçirir.

Qeyd edək ki, Fransa millisi qrupda İslandiya (9 sentyabr) və Ukrayna (13 noyabr) ilə keçirəcəyi digər ev oyunlarını məhz “Park de Prens” təşkil edəcək.

İdman.biz