" Bu gün qələbə qazanmaq istəyirdik. Komandamız pis təsir bağışlamadı. Əfsuslar olsun ki, qapımızda qol gördük".
İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov "Araz-Naxçıvan"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib: "Buraxdığımız qollara baxsaq,görərik ki, öz səhvlərimizdən buraxırıq. Qarşıda oyunlar var, onlara hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək. Bu gün 2 xal itirdik. Bu gün qalib gəlsəydik, rəqibə yaxınlaşırdıq. "Va bank" da getmək istəmədik. Qarşıda 5 tur var və hər şey dəyişə bilər. Bu gün əlimizdə olanlardan istifadə etdik. Zədəlilərimiz çoxdur. Ona görə də, risk etmədik. Zədəlilər qayıtsalar, oyunumuz tamam başqa cür olacaq".
Qeyd edək ki, "Turan Tovuz" 47 xalla 4-cü pillədə qərarlaşıb.
İdman.biz