Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov Misli Premyer Liqasının XXXI turunda baş tutacaq “Qarabağ” - “Neftçi” matçı ilə bağlı fikirlərini açıqlayıb.
Təcrübəli mütəxəssis İdman.biz-ə müsahibəsində bildirib ki, Azərbaycan derbisində intriqa artıq azalıb.
Buna baxmayaraq, Əsədov bugünki oyunun maraqlı keçəcəyini düşünür.
“Neftçi”nin hazırda daha çox Azərbaycan kubokuna kökləndiyini deyən mütəxəssis Samir Abasovun müəyyən rotasiyalara əl ata biləcəyini vurğulayıb.
O, həmçinin “Qarabağ”ın erkən çempionluğundan da danışıb.
Müsahibənin videovariantını təqdim edirik:
İdman.biz