Mbappenin komandası daha aşağı diviziona düşüb

Xəbərlər
19 Aprel 2025 13:35
233
Mbappenin komandası daha aşağı diviziona düşüb

Autsayder “Kaen” səfərdə “Martiq”ə uduzaraq (0:3) Fransa Liqa 2-də qalmaq şansını itirib.

İdman.biz xəbər verir ki, komanda 1983-cü ildən bəri ilk dəfə ölkənin səviyyəcə üçüncü divizionuna düşüb.

Hazırda "Kaen" mövsümün sonuna üç tur qalmış 16-cı pillədən 10 xal geri qalaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Real Madrid" və Fransa millisinin hücumçusu Kilian Mbappe keçən yay 20 milyon avroya klub səhmlərinin nəzarət paketini alıb.

İdman.biz

Məqalədə: