Millimiz Estoniyaya uduzub

Xəbərlər
19 Aprel 2025 14:05
222
Millimiz Estoniyaya uduzub

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.

İdman.biz xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində üçüncü matçında Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Estoniya yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın yeganə qolunu 90-cı dəqiqədə Nicat Kərimov vurub.

Qeyd edək ki, millimiz turnir çərçivəsində Moldovaya (0:1) məğlub olub, Gürcüstana (1:0) qalib gəlib.

İdman.biz

Məqalədə: