Mahir Emreli dubl edib, komandası uduzub - VİDEO

Xəbərlər
19 Aprel 2025 16:58
261
Mahir Emreli dubl edib, komandası uduzub - VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya çempionatında növbəti qollarını vurub.

İdman.biz xəbər verir ki, II Bundesliqada çıxış edən “Nürnberq”in formasını geyinən 28 yaşlı hücumçu XXX turun “Paderborn”la ev görüşündə fərqlənib.

O, matçın 2-ci dəqiqəsində hesabı açıb. Lakin “Nürnberq” üstünlüyünü qoruya bilməyərək üç top buraxıb. Mahir uzatma dəqiqələrində dublunu rəsmiləşdirsə də komandası 2:3 hesabı ilə uduzub. Mahir bu görüşü əvəzolunmadan meydanda olub.

Qeyd edək ki, 30 oyunda 44 xal toplayan “Nürnberq” turnir cədvəlində 8-cidir.

***

15:27

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya çempionatında növbəti qolunu vurub.

İdman.biz xəbər verir ki, II Bundesliqada çıxış edən “Nürnberq”in formasını geyinən 28 yaşlı hücumçu “Paderborn”la ev görüşündə fərqlənib.

O, matçın 2-ci dəqiqəsində hesabı açıb. XXX turun hazırda davam edən görüşündə hesab 1:1-dir.

Qeyd edək ki, 29 oyunda 44 xal toplayan “Nürnberq” turnir cədvəlində 8-cidir.

İdman.biz