"Araz-Naxçıvan"ın legioneri: "İki xal itirdiyimizi düşünürəm"

Xəbərlər
19 Aprel 2025 17:37
124
"Araz-Naxçıvan"ın legioneri: "İki xal itirdiyimizi düşünürəm"

"Rəqibin heyətində güclü futbolçular oynayır"

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Karlos Jatoba Misli Premyer Liqasının 31-ci turunun “Turan-Tovuz”la oyunundan sonra (1:1) Sportal.az saytına açıqlamasında deyib.

Braziliyalı futbolçu Tovuz təmsilçisi ilə görüşdəki heç-heçəni şərh edib: "Turan Tovuz"a qarşı yaxşı oynadıq və qalib gəlməliydik. Doğma meydanda maksimum nəticə əldə etmək istəyirdik. İki xal itirdiyimizi düşünürəm. Rəqibin heyətində güclü futbolçular oynayır. Döyüşkən komandadır. Amma hər halda, daha çoxunu etməliydik. Lakin bu görüşü unudub, kubokun cavab görüşündəki "Qarabağ”la oyuna hazırlaşmalıyıq. İlk oyunda qalib gəlmişik. Amma biz finala çıxmaq istəyiriksə, ilk oyunun heç-heçə bitdiyini düşünməliyik. Sona qədər mübarizə aparacağıq".

İdman.biz