"Son vaxtlar Nəriman dəyişilib".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "Neftçi" (3:0) oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi "Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin çıxışını dəyərləndirib. O, hücumçunun potensialını tam açmadığını vurğulayıb: "Düzünü desəm, Nərimandan çox da razı deyiləm. Nəriman əvvəllər idman formasından uzaq idi. Onunla söhbətlərimizdə deyirdim ki, futbolu daha çox sevməlidirlər. Müasir futbolun tələbləri çoxdur. Əgər Nəriman öz üzərində daha çox çalışsa, bombardirlər sırasında birinci olardı və buna borcludur".
Qeyd edək ki, "Neftçi" ilə qarşılaşmada Nəriman Axundzadə vurulan 3 qoldan birinin müəllifi olub.
Aytac Sahəd
İdman.biz