Azərbaycan Premyer Liqasının 31-ci turu Azərbaycan derbisi ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, "Qarabağ" "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.
Ölkənin flaqmanı sayılan "Neftçi"nin əzəli rəqibi ilə oyunlarda qələbə həsrəti davam edib. "Ağ-qaralar" artıq 18 görüşdür ağdamlılarla qalib gələ bilmirlər. Bu oyunların 16-sı çempionat, ikisi isə ölkə kubokuna təsadüf edib. Paytaxt təmsilçisi sonuncu dəfə "Qarabağ" 2021-cu il mayın 19-da məğlub edib. 2020/2021 mövsümünün son turunda qalib gələn "Neftçi" çempion titulunu rəsmiləşdirərək, əzəli rəqibinin hegemonluğuna son qoymuşdu. Unutmayaq ki, həmin dövrdə komandaya Samir Abasov başçılıq etmişdi. Sanki həmin acı məğlubiyyət "Qarabağ" və onun baş məşqçisi Qurban Qurbanova qisas üçün əlavə motivasiya verib. Bundan sonra Ağdam təmsilçisi "Neftçi" ilə oyunlara fərqli əhval-ruhiyyədə çıxır.
"Ağ-qaralar" bu mövsümdə keçirilən 4 oyunun hamısında "Qarabağ"a uduzmaqla yanaşı rəqib komandanın qapısına yol tapa bilməyiblər. Top fərqi isə 0:11-ə bərabərdir. "Neftçilər" sonuncu dəfə ötən il aprelin 24-də Azərbaycan kubokunun yarımfinalında Ağdam klubunu məyus ediblər. O vaxt 1:4 hesablı məğlubiyyətdə "Neftçi"nin təsəlli qolunu Rezuan Mirzov vurub.
"Neftçi" iki ildən çoxdur ki, "Qarabağ"la qarşılaşmalarda xala həsrət qalıb. Komanda sonuncu dəfə 2023-cü il fevralın 27-də ağdamlılarla səfər matçında heç-heçəyə nail olublar.
Qeyd edək ki, Premyer Liqada 31 turdan sonra "Qarabağ" 76 xalla 1-ci, "Neftçi" 35 xalla 6-cı pillədə yer alıb.
İdman.biz