"Kocaelispor" finişə üç tur qalmış Türkiyə 1-ci Liqasında çempionluğu təmin edib.
İdman.biz xəbər verir ki, "yaşıl-qaralar" 16 illik fasilədən sonra Super Liqada çıxış etmək hüququ qazanıblar.
"Kocaelispor" sonuncu dəfə 2008/09 mövsümündə Türkiyənin yüksək divizionunda mübarizə aparıb. O vaxt komandanın heyətində Azərbaycan millisinin keçmiş kapitanı Rəşad Sadıqov da çıxış edib. Həmin mövsüm digər futbolçumuz Ramal Hüseynov da bir oyunda "Kocaelispor"un formasını geyinib və 1 qol vurub. Ötən il isə komandanın şərəfini Azərbaycan millisinin forvardı Ramil Şeydayev qoruyub.
Qeyd edək ki, bu ilin əvvəlində Türkiyənin TRT Spor kanalı bütün dövrlər ərzində “Kocelispor”da çıxış etmiş legionerlərin "ən yaxşı 11-liy”ini açıqlayaraq, rəmzi komandada Rəşad Sadıqova da yer vermişdi.
İdman.biz