Avropada payız-yaz sistemi üzrə keçirilən liqalarda futbol mövsümü sona yaxınlaşdıqca çempionlar müəyyənləşməkdə davam edir.
İdman.biz xəbər verir ki, Lüksemburqda ""Differdanj" çempionatın başa çatmasına beş tur qalmış ardıcıl ikinci il ölkə çempionu titulunu qazanıb.
San Marinoda da "Virtus" klubu eyni nailiyyətə imza atıb.
Qeyd edək ki, daha əvvəl PSJ Fransada, "Olimpiakos" Yunanıstanda, "Srvena Zvezda" Serbiyada, "Linfild" Şimali İrlandiyada, TNS isə Uelsdə çempionluqlarını rəsmiləşdiriblər.
İdman.biz