Benzia 9 oyunluq quru seriyasını dayandırıb

Xəbərlər
20 Aprel 2025 11:59
296
Benzia 9 oyunluq quru seriyasını dayandırıb

Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi" ilə qaşılaşmada (3:0) penaltidən fərqlənən Yassin Benzia iki aydan çox çəkən fasilədən sonra qol vurub.

İdman.biz xəbər verir ki, fevralda "Səbail" ilə ardıcıl iki matçda rəqib qapısına yol tapan əlcəzairli yarımmüdafiəçi daha sonra 9 oyunluq quru seriyaya imza atıb.

30 yaşlı futbolçu hazırkı mövsüm çempionatda cəmi 6 qol vurub və məhsuldarlığa görə komandada Leandro Andrade (14 qol) və Nəriman Axundzadədən (9) geri qalır.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasında 12 dəfə fərqlənən Benzia "Qarabağ"da məhsuldarlıq baxımından Juninyodan (20) sonra ikinci olub.

İdman.biz