Yuri Matias: "Mütləq geridönüş etməliyik"

Xəbərlər
20 Aprel 2025 12:18
293
Yuri Matias: "Mütləq geridönüş etməliyik"

“Bu, derbi matçı idi. “Neftçi” ilə “Qarabağ” arasındakı oyun Azərbaycan futbolu üçün vacib qarşılaşmadır. Bilirdik ki, çətin görüş olacaq. “Qarabağ” güclü rəqibdir”.

İdman.biz QOL.az-a istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Yuri Matias Misli Premyer Liqasının 31-ci turunda “Qarabağ”a qarşı keçirilən oyundan sonra jurnalistlərə deyib.

Braziliyalı futbolçu 0:3 hesablı məğlubiyyəti belə şərh edib: “Oyuna yaxşı başladıq. İlk qoldan sonra təxminən 5 dəqiqə ərzində sanki çaşqınlıq yarandı. Qapımızda ardıcıl qollar gördük. 0:3-dən sonra geridönüş etmək çətin idi. Nə qədər çalışsaq da, məğlubiyyətdən qaçmaq mümkün olmadı”.

O, aprelin 23-də “Sabah”a qarşı keçiriləcək kubok oyunundan da söz açıb: “İlk matçda 1:2 hesabı ilə uduzmuşuq. Lakin hələ heç nə bitməyib. Qarşıda cavab oyunu var. Vəziyyəti dəyişmək lazımdır. Mütləq geridönüş etməliyik. Bunun üçün daha yaxşı, daha diqqətli olmalıyıq. “Sabah”la görüş bizim üçün çox vacibdir. Qələbə üçün canımızı verməliyik”.