"Erzurumspor"un istədiyi futbolçumuz: "Legioner həyatı yaşamaq istəyərdim"

Xəbərlər
21 Aprel 2025 11:03
233
"Erzurumspor"un istədiyi futbolçumuz: "Legioner həyatı yaşamaq istəyərdim"

"Mən özüm də legioner həyatı yaşamaq istəyərdim”.

İdman.biz xəbər verir ki, bunu Türkiyənin I liqa təmsilçisi "Erzurumspor" klubunun maraq dairəsində olan "Səbail"in futbolçusu Rüfət Abdullazadə Sportal.az-a açıqlamasında deyib.

Lakin 25 yaşlı yarımmüdafiəçi hazırda yalnız “Səbail”i düşündüyünü bildirib: “Hamımız komanda olaraq, bu mövsümü düşünürük. “Səbail” ailəsi olaraq sona qədər döyüşəcəyik. Komandanın Premyer Liqada qalmasına çalışırıq".

Qeyd edək ki, Rüfət Abdullazadə 2023-cü il iyulun 1-də “Səbail”ə keçib və müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

İdman.biz