La Liqanın superəvəzləyiciləri - SİYAHI

Xəbərlər
21 Aprel 2025 13:36
201
La Liqanın superəvəzləyiciləri - SİYAHI

İspaniya La Liqasının superəvəzləyiciləri açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS bir mövsüm ərzində sonradan meydana daxil olaraq daha çox qola imza atanların siyahısını tərtib edib.

Mütləq rekord Aleksander Sorlota məxsusdur. Norveçli hücumçu “Atletiko”nun oyunlarında sonradan meydana çıxaraq 9 qola sevinib.

O, üç ispaniyalının şərik olduğu rekordu geridə qoyub. Xuan Antonio Pitsi, Alvaro Morata və Anxel Rodriges bir mövsümdə hərəyə 8 dəfə fərqləniblər.

Aleksander Sorlot (“Atletiko”, 2024/25) – 9 qol
2-4. Xuan Antonio Pitsi (“Barselona”, 1996/97) – 8 qol
Alvaro Morata (“Atletiko”, 2013/14) – 8 qol
Anxel Rodriges (“Xetafe”, 2019/20) – 8 qol

İdman.biz