İtaliya A seriyasının bu gün keçirilməli oyunları təxirə salınıb.
İdman.biz xəbər verir ki, buna Roma Papası Fransiskin ölümü səbəb olub.
Onun Vatikanda vəfat etməsi üzündən qarşılaşmalar qeyri-müəyyən vaxta təxirə salınıb. Görüşlərin vaxtı sonradan dəqiqləşəcək.
Qeyd edək ki, bu gün A seriyasında 4 matç - “Torino” – “Udineze”, “Kalyari” – “Fiorentina”, “Cenoa” - “Latsio”, “Parma” – “Yuventus” oyunları keçirilməli idi.
İdman.biz