Renat Dadaşovun komandasından məhsuldar heç-heçə

Xəbərlər
21 Aprel 2025 16:26
160
Renat Dadaşovun komandasından məhsuldar heç-heçə

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" “Puşa"nın qonağı olub.

Ekstraklasanın 29-cu turu çərçivəsində keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Renat məhsuldar heç-heçənin qeydə alındığı görüşün 65-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Radomyak” 35 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

İdman.biz

Məqalədə: