Həsənalızadə və Kuzmanoviç "Qarabağ"la oyuna hazırlaşırlar

Xəbərlər
21 Aprel 2025 19:16
127
Həsənalızadə və Kuzmanoviç "Qarabağ"la oyuna hazırlaşırlar

"Araz-Naxçıvan" Azərbaycan kubokunun 1/2 final mərhələsində "Qarabağ"la keçiriləcək cavab oyununa hazırlığını davam etdirir.

İdman.biz xəbər verir ki, komandanın bugünki məşqinə zədəli futbolçuların da ikisi qoşulub.

Hazırlıqda iştirak edən Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviçin məsul qarşılaşmada meydana çıxıb-çıxmayacaqları oyun günü məlum olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" matçı aprelin 23-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandaların ilk görüşündə "Araz-Naxçıvan" 1:0 hesablı qələbə qazanıb.

İdman.biz