Brahim Konate mövsümün sonunda "Şamaxı"nı tərk edəcək.
İdman.biz xəbər verir ki, fransalı futbolçu komanda ilə yeni müqavilə imzalamayacaq.
29 yaşlı futbolçu "Şamaxı"nın yeni müqavilə təklifini qəbul etməyib. Konatenin Premyer Liqada çıxış edən digər klublara keçmə ehtimalı var. Bundan başqa, Brahim karyerasını Türkiyədə davam etdirə bilər.
Qeyd edək ki, Konate 2024/2025 mövsümdə ölkə çempionatında 27 oyunda 7 qol və 3 ötürmə verib.
İdman.biz