Azərbaycanlı forvard Rüfət Dadaşov "Dinamo Berlin"ə vacib qələbə qazandırıb.
İdman.biz xəbər verir ki, o, Şimal-Qərbi Regional Liqası kubokunun yarımfinalında həlledici qolun müəllifi olub.
Rüfət "Alqlinik"lə qarşılaşmanın əlavə vaxtının 114-cü dəqiqəsində fərqlənib. Bu qol sayəsində 3:2 hesabı ilə qalib gələn "Dinamo Berlin" finala yüksəlib.
Qeyd edək ki, mayın 24-də keçiriləcək final matçında "Dinamo Berlin"ə "BSV Ayntraxt Mahlsdorf"la qarşılaşacaq.
İdman.biz