“Qarabağ”la “Neftçi”nin oyunlarının hakimləri açıqlanıb

Xəbərlər
22 Aprel 2025 11:07
210
“Qarabağ”la “Neftçi”nin oyunlarının hakimləri açıqlanıb

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb.

İdman.biz xəbər verir ki, sabah keçiriləcək matçların hakimləri bəlli olub.

“Qarabağ” – “Araz-Naxçıvan” görüşünü Rəvan Həmzəzadə idarə edəcək. İnqilab Məmmədov isə “Sabah”la “Neftçi” arasında paytaxt derbisində fit çalacaq.

Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları

23 aprel
17:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
Tofiq Bəhramov adına Respublika stadionu

20:00. “Sabah” – “Neftçi”
Hakimlər:
İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
Bank Respublika Arena

İdman.biz