"Neftçi" revanş matçına itkilərlə çıxacaq

Xəbərlər
23 Aprel 2025 00:09
143
"Neftçi" revanş matçına itkilərlə çıxacaq

"Neftçi" Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununa hazırlığı başa vurub.

İdman.biz xəbər verir ki, "ağ-qaralar" “Sabah”la oyuna ciddi itkilərlə çıxacaqlar.

Komandanın son məşqində zədə üzündən Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori iştirak etməyiblər. Onlarla yanaşı cəzalı Bassala Sambu bu görüşü buraxmalı olacaqlar.

Qeyd edək ki, ilk oyunda "Sabah" səfərdə 2:1 hesabı ilə qalib gəlib. Bu gün “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

İdman.biz