Portuqaliyanın “Boavişta” klubu ciddi problemlərlə üzləşib.
İdman.biz xəbər verir ki, vaxtilə Azərbaycan futbolçuları Emin Mahmudovla Kamran Ağayevin formasını geyindiyi klub stadionunun elektrik enerjisinin pulunu ödəyə bilmir.
Bu üzdən Porto təmsilçisinin borcları yığılıb. Nəticədə “Bessa” stadionunun işıqları kəsilib.
“Boavişta” məşqlərini şəhərdən kənarda keçmək məcburiyyətində qalıb. Borc yaxın müddətdə ödənilməsə, “Sportinq”lə çempionat oyununun keçirilməsi təhlükə altına düşəcək. Bu qarşılaşma aprelin 27-də keçiriləcək.
Qeyd edək ki, hesabında 21 xal olan “Boavişta” turnir cədvəlində 17-ci pillədədir.
İdman.biz